info@compasstravel.az
(+994 12) 480 31 15          

  Compass Travel turizm şirkəti işgüzar və fərdi turizm sahəsində yerli və xarici şirkətlərin ehtiyaclarını ödəmək məqsədi ilə 2011-ci ildə turizm üzrə böyük təcrübəyə malik mütəxəssislər tərəfindən yaradılmışdır.

Şirkət həm Azərbaycanda, həm də xaricdə aviaşirkətlər, səfirliklər, mehmanxanalar, sığorta şirkətləri kimi turizm biznesinə aidiyyatı olan bütün sahələrdə partnyorlarla sıx əlaqələri vardır ki, bu da bizim sifarişçilərimizə xidmətlərin geniş çeşidini təklif etməyə imkan verir.

Compass Travel şirkətinin baş ofisi qəbul edilmiş beynəlxalq standartlara cavab verir və Beynəlxaq Hava Nəqliyyatı Assosasiyası olan IATA tərəfindən akkreditə edilmişdir.

Compass Travel turizm şirkəti 2013-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin turizm fəaliyyətinə xüsusi razılıq lisenziyasını əldə etmişdir.