info@compasstravel.az
(+994 12) 480 31 15          
  • Avİabİletlərİn bronlaşdırılması və satışı

    Şirkət aviabiletlərin bronlaşdırılması və verilməsinin tələblərinə uyğunluğu üzrə «Azərbaycan Hava Yolları» Dövlət Konserninin sertifikatına malikdir. Şirkətin aviabiletlərin bronlaşdırılması və verilməsi üzrə agentləri beynəlxalq bronlaşdırma sistemi kurslarını (Amadeus, Qabriel, Qalileo) keçmiş mütəxəssislərdir. Compass Travel Azərbaycanda akkreditə olunmuş bütün yerli və xarici aviaşirkətlərlə əməkdaşlıq edir. Azerbaijan Airlines, Lufthansa German Airlines, Austrian Airlines, Turkish Airlines, Özbəkistan Hava Yollari, Imair və digər yerli və xarici aviaşirkətlər Compass Travel Turizm şirkətinə aviabiletlərin bronlaşdırılması və verilməsi üzrə agentləri təyin etmişlər. Bu, Compass Travelin öz müştərilərinə əlavə dəyər ödəmədən aviaşirkətlərin təyin etdiyi qiymətə aviabiletlər təklif etməyə imkan verir.
  • Korporatİv xİdmətlərİmİz

    Korporativ müştərilər tərəfindən daxil olan sifarişlərin hazırlanması zamanı şirkətin başlıca məqsədi sifarişin qısa müddətdə yerinə yetirilməsi və müştərinin səfər büdcəsinə qənaət etməkdir. Təcrübəli əməkdaşlar və güzəştli tariflər (eksklüziv qiymətlər, partnyor proqramları, dənizci tarifləri və s.) şirkətə qarşısına qoyduğu məqsədlərə çatmağa və müştərilərin inamını doğrultmağa imkan verir. Şirkətdə yalnız daimi müştərilərə xidmət göstərilməsi üçün korporativ şöbə yaradılmışdır. Korporativ müştərilər üçün şirkət həm korporativ güzəştlər, həm də bonus proqramının – bura pulsuz bilet əldə etmək, mehmanxanada pulsuz qalma imkanları daxildir – aid olduğu güşəştli şəxsi xidmət sistemini təklif edir.
  • Turİzm xİdmətlərİmİz

    Compass Travel Turizm şirkəti turist xidmətlərinin təşkili sahəsində fəaliyyəti Azərbaycanın Turizm üzrə Nazirliyi tərəfindən verilmiş lisenziya əsasında həyata keçirilir. Compass Travel müştərilərin istəklərinə uyğun olaraq aşağıdakı ixtisaslaşmış turların təşkilini təklif edir. Bal-ayı turları (Honeymoon tours), Alış-veriş turları (Fashion and shopping tours), Dağ-Xizək turları (Skiing tours), Safarı turları (Safari tours), Dəniz kruizləri (Cruise tours). Turizm şöbəsinin bütün agentləri bütün dünya üzrə mehmanxanaların bronlaşdırılması, VIP xidmətlər, avtomobil icarəsi, idman və digər kütləvi tədbirlərə biletlərin təşkil edilməsi üzrə ixtisaslaşmış mütəxəssislərdir. Compass Travel ofisində quraşdırılmış beynəlxalq hotellərin bronlaşdırılması sistemi müştərilərə korporativ güzəştlər təqdim etməklə bütün dünya üzrə 10000-dən artıq mehmanxanada dərhal yer bronlaşdırmağa imkan verir. Bu sistem müştərinin qiymətə, «ulduzların sayı», komfortu, göstərilən xidmətə, yerləşdiyi yerə və s. tələblərini nəzərə almaqla praktik olaraq dünyanın istənilən nöqtəsində mehmanxana seçməyə imkan verir. Mehmanxanaların bronlaşdırılmasının qlobal sistemləri ilə yanaşı, Compass Travel birbaşa olaraq mehmanxanalarla və ya turistin səfər etdiyi ölkədə fəaliyyət göstərən tanınmış turoperatorlarla, müştəriyə maksimal sayda xidmətlərin təklif edilməsinə imkan verən birbaşa əlaqələrdən də fəal istifadə edir. Təcrübəli menecerlər nəinki müştərinin sifarişini hazırlayır, həmçinin onların turist səfərinin alternativ variantlarını da hazırlayırlar.
  • Bİzİm xİdmətlərİmİz

    - Bütün istiqamətlərə aviabiletlərin bronlaşdırılması və satışı
    - Xarici və daxili turların təşkili (istirahət, müalicəvi, işgüzar)
    - Mehmanxana və sanatoriyaların rezervasiyası
    - Viza dəstəyi və Sığorta xidmətləri (qısa və uzunmüddətli)
    - Dəmiryolu biletlərinin satışı və dəniz kruizlərinin təşkili
    - Korporativ tədbirlərin təşkili və planlaşdırılması (MICE)
    - Hava limanında qarşılanma və yolasalma (Fast-track, VIP)
    - Transfer xidmətləri (ölkə daxilində və xaricdə)
    - Cargo (yük daşıma) xidmətləri və avtomobil icarəsi
    - Xaricdə təhsil (ali təhsil, dil kursları və ixtisas proqramları)
  • Bİzİm əlavə təklİflərİmİz

    - Müxtəlif ödəniş növləri ilə xidmət: nəğd, köçürmə və kredit kartla
    - Aviabiletlərin telefon, e-mail vasitəsi ilə reservasiyası və satışı, ünvana çatdırılması
    - Gənctur Kampaniyası çərçivəsində 15 – 25 yaş arası gənclərə xüsusi endirimlər.